Ruslar Qarabağda müharibə tədarükündə: TƏLİM KEÇİRLƏR... - Belə SÜLHMƏRAMLI OLUR?

10-08-2021, 12:19           
Ruslar Qarabağda müharibə tədarükündə: TƏLİM KEÇİRLƏR... -
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Xankəndidəki poliqonda minaatanla müasir döyüş aparmaq üçün yeni taktika hazırlayıb, hərbi təlim keçiblər.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim zamanı topçu ekipajları avtomobil gövdələrinə quraşdırılmış silahlardan dağlarda təbii maneələrin arxasında yerləşən hədəfləri atəşə tutub. Dağlıq ərazilərdəki minaatanlar qısa müddətdə zirehli maşınları, canlı qüvvəni və düşmən mövqelərini təqlid edən təxminən 50 hədəfi vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.