Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların sayı 10 dəfə azaldılıb

4-03-2016, 16:43           
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların sayı 10 dəfə azaldılıb
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun qüvvəyə minməsindən sonrakı 2 ay ərzində 2014-cü ilin eyni dövrü ilə müqayisədə yoxlamaların sayı 10 dəfə azaldılıb.

"Report"un xəbərinə görə, bu barədə məlumat Azərbaycan Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd edək ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 2015-ci ilin noyabrın 1-dən qüvvəyə minib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.