Uorlik bu dəfə erməniləri məyus etdi

5-03-2016, 00:17           

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ-ın Corciya ştatının Nümayəndələr Palatasının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul etməsinə münasibət bildirib.

Həmsədr “Twitter” səhifəsində bildirib ki, ştat qanunvericilərinin qərarları ABŞ-ın xarici siyasətini əks etdirmir.

“Ştat qanunvericilərinin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qərarlar məcburedici qüvvəyə malik deyil və ABŞ-ın xarici siyasətini əks etdirmir”, - Uorlik bildirib.

Qeyd edək ki, qətnamə ilə bağlı XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, ABŞ-ın qanunlarına əsasən xarici siyasət məsələləri və hər hansı qurumu tanımaq federal hökumətin səlahiyyətlərinə daxildir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.