Ötən il sentyabrın 20-ə kimi ölkəmizi saymayan Paşinyanı nə dəyişdi? - GƏLİŞMƏ

9-09-2021, 20:29           
Ötən il sentyabrın 20-ə kimi ölkəmizi saymayan Paşinyanı nə dəyişdi? - GƏLİŞMƏ
"Paşinyanın bu açıqlamasında həm erməni xislətinə uyğun biclik, eyni zamanda əlacsızlıq var. Bu əlacsızlığı da o tülkü sifətli siyasətilə aradan qaldırmaq istəyir. Özünü cəmiyyətə həccə gedən tülkü statusu və sülh carçısı sifətində təqdim edir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclasında müxtəlif məsələlərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Həmsöhbətimizə görə, bu açıqlama onu göstərir ki, Paşinyan başqa çıxış yolunun olmadığını anlayır:

"Ermənistan əks halda dövlət olaraq iflasa uğrayacaq. O, Ermənistan daxilində baş verən hadisələri də görür. 44 günlük müharibədən sonra ermənilərdə həddən artıq ruh düşkünlüyü yaranıb. Məğlub ordularını bərpa etmək üçün İrəvanın heç bir şansı yoxdur. Digər tərəfdən, 30 ilə yaxın blokadada olan Ermənistan əvvəlki siyasətini davam etdirəcəyi təqdirdə, heç bir halda blokadadan çıxa bilməyəcək. Bu səbəbdən Paşinyanın Gürcüstana səfəri də təsadüfi deyildi. O anlayır ki, Dağlıq Qarabağ məsələsi də artıq başa çatıb. Başqa bir tərəfdən, ABŞ Ermənistanın İranla münasibətlərinin genişlənməsinə də imkan vermir. Bütün bu sadaladıqlarımın fonunda Paşinyanın yaxın ətraf ölkələrlə yaxşı münasibətlər yaratmaqdan başqa ayrı yolu qalmır”.

Politoloqun fikrincə, Paşinyanın bəyanatı əslində onun bütün münasibətləri Türkiyə və Azərbaycan üzərindən qurmaq niyyətinə işarədir:

"Türkiyə tək türk dünyası deyil, müsəlman dünyasının lideri, aparıcı dövlətidir. Türkiyə həm də G20-likdə təmsil olunur. Ona görə də İrəvan Türkiyə ilə münasibətləri yaxşılaşdırmağa məhkumdur.

Azərbaycana gəldikdə, Paşinyan hökuməti ötən il sentyabrın 20-ə kimi ölkəmizi saymırdı. Amma Azərbaycan Ordusu 44 günlük müharibədə qazandığı zəfərlə ermənilərin 100 illik siyasətini məhv etdi. Belədə Paşinyan Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Paşinyan bu dediklərini yaxın aylarda həyata keçirməsə, Ermənistan tamamilə məhv olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.