Paşinyan bir neçə saat əvvəl bu ərazinin Azərbaycana verilməsi ilə bağlı sənəd imzalayıb - ŞOK İDDİA

10-09-2021, 00:09           
Paşinyan bir neçə saat əvvəl bu ərazinin Azərbaycana verilməsi ilə bağlı sənəd imzalayıb - ŞOK İDDİA
"Bir neçə saat əvvəl baş nazir Nikol Paşinyan Kərkini təhvil vermək barədə sənəd imzalayıb”.

Qaynarinfo.az xəbər verir ki, bu barədə erməni bloqqer Mika Badalyan "Telegram” kanalında məlumat yayıb.

Ermənistanın ”Pastinfo” nəşri Ermənistanın müvafiq orqanlarından şərh almağa çalışsa da, bir neçəsi ilə baş tutmayıb. Ermənistan Xarici İşlər Nazirliyindən telefon zənglərinə cavab verməyiblər. Növbəti cəhddən sonra Ermənistan XİN ilə əlaqə saxlamaq mümkün olub və onlar cəfəngiyatları şərh etməyəcəklərini deyiblər.

Nazirliyin mətbuat katibi Vahan belə bir şeyin olmadığını dilə gətirib.

"Paşinyan bir sənəd imzalamayıb. Bu sənədə əsasən, Kərkinin Azərbaycana təhvil verilməsinə dair mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatı axmaqlıqdır”, - deyə o, qeyd edib.

Ermənistan parlamentinin "Mənim addımım” fraksiyasının üzvü Hovik Ağazaryan belə bir şeyin olmadığını bildirib: "Mən öz tərəfimdən əmin şəkildə deyə bilərəm ki, bu, heç vaxt olmayacaq”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru