Onların qarşısından orduların necə qaçdığını gördük

11-09-2021, 08:19           
Onların qarşısından orduların necə qaçdığını gördük
Talibanın Əfqanıstanda tez bir zamanda hakimiyyətə gəlməsi dünyanın digər yerlərində terrorçuları təşviq edə bilər.

Axar.az xəbər verir ki, bu sözləri BMT Baş katibi Antonio Quterreş deyib.

“Dünyanın fərqli bölgələrində gördüklərimizindən dolayı narahatıq. Fakt budur ki, Taliban Əfqanıstanda qalib gələ bildi və bu, dünyanın müxtəlif yerlərində fərqli qrupları təşviq edə bilər. Aralarındakı bənzərlikdən bəhs etmirəm. Sizin istənilən şəraitdə ölməyə hazır olan, yaxud ölümü lütf olaraq görən qruplaşmanız varsa və onlar bir ölkəyə hücum etməyə qərar verirsə, o zaman orduların necə qaçdığını görürük. Əfqanıstan ordusu 7 günə yoxa çıxdı”, - deyə Quterreş bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.