Taliban Əfqanıstandan gizli sənədlərin çıxarılması barədə xəbərləri təkzib edib
11-09-2021, 12:57

Taliban bildirib ki, Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb.
Taliban hərəkatı humanitar yardım göstərən Pakistan təyyarələrində Kabildən gizli sənədlərin və kompüterlərin çıxarılması xəbərini təkzib edib. Sputnik Azərbaycan Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mənbə -yə bildirib.
Bu yaxınlarda Pakistan Əfqanıstana humanitar yardım təyyarəsi göndərib.
"Bu təbliğatdır. Pakistan təyyarələri Qəndəhara, Bəlxə, Kabilə yardım göndərib və geri boş qayıdıb", - deyə mənbə bildirib.
Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.
Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.
* Rusiya Federasiyasında və bir sıra digər ölkələrdə qadağan olunmuş terror qruplaşması