Gəncədə yaşayan ruslar özlərinə deputat seçdilər

11-09-2021, 20:41           
Gəncədə yaşayan ruslar özlərinə deputat seçdilər
Azərbaycanın Gəncə şəhərində yaşayan ruslar Rusiya Dövlət Dumasına seçkilərdə iştirak ediblər.

Modern.az xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin binasında yerləşən Gəncə və Qərb regionu üzrə Rus İcmasının ofisində seçki məntəqəsi açılıb.

Bu gün səhər saat 08:00-da açılan məntəqəyə Gəncədə yaşayan ruslar gələrək öz seçimlərini ediblər. Səsvermə üçün gələn rus vətəndaşlar pandemiya qaydalarına uyğun olaraq yoxlanır, daha sonra məntəqədə səs verirlər.

Səsvermə saat 22-00 qədər davam edəcək.
Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilər sentyabrın 17-dən 19-dək davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru