İranın Qarabağa gizli yük daşımaları ilə bağlı Qorqud partiyasının bəyanatı

12-09-2021, 10:52           
İranın Qarabağa gizli yük daşımaları ilə bağlı Qorqud partiyasının bəyanatı
Bu günlərdə məlum oldu ki, İranın molla rejimi yenə Qarabağa gizli yüklər daşımağa başlayıb. Azərbaycanın bununla bağlı etirazlarına isə ümumiyyətlə fikir verilmir. Özlərini şiə adlandıran fars rejiminin, şiə düşmənləri olan ermənilərə yardım etməsi o deməkdir ki, onlar üçün din, molla rejiminin siyasətini həyata keçirmək üçün bir vasitədir. Son dövrdə İranın Sulduz vilayətində kürdlərin, yerli əhali olan Azəri Türklərinə basqını onu göstərdi ki, fars şovinistlərinin Azərilərə qarşı məkrli planları vardır. Azərilər anlamalıdırlar ki, bu rejim qaldıqca o taylı, bu taylı Azərbaycanın torpaqları və xalqı təhlükə qarşısında olacaq. Ona görə də İrandakı qardaşlarımız bu rejimin siyasətinə qarşı öz sözünü deməlidirlər. Onlar bilməlidirlər ki, İranın fars şiəliyi, sadəcə fars şovinistlərinin əlində saxta din bayrağıdır. Ona görə də ilk növbədə bu rejimin şiəliklə heç bir əlaqəsinin olmaması elmi sübut olunmalıdır. İdeologiyasının saxta şiəlik olmasının sübutundan sonra bu rejimin getməsi zaman məsələsidir. Biz, bunula bağlı - "Saxta fars şiəliyi və Azərbaycan" adlı məqalədə göstərmişik ki, əsl şiəlik - İranın Qacar şahlarının nəsli olan ifrat Gelat ismaililərin yaratdığı 5500 yaşlı İsna-Aşəriyə dinidir. Bu günkü molla rejimi əsl şiəliyin nə demək olduğunu ümumiyyətlə anlamır və anlamağa savadları da çatmaz. Çünki əsl şiəlik - Əflatun filosof-şahlar adlandırdığı Azərilərin Cəlair-Qacar nəslinin Batin fəlsəfəsidir və onların İsna-Aşəriyə dini də bu Quran natiqlərinin pak dinidir.
Qorqud partiyası olaraq hesab edirik ki, Azərbaycan - İranın ikiüzlü siyasətinə qarşı kəskin etirazını bildirməlidir və onların indiki hakimiyyətinin Azərbaycana qarşı gizli düşmən mövqeyində olmasını açıq deməlidir. Son 31 ilin siyasi analizi bunu deməyə bizə tam əsas verir. Bütün bunları nəzərə alaraq düşünürük ki, biz - İranın bu günkü molla rejimini hakimiyyətdə saxlayan saxta şiə ideologiyasına qarşı ideoloji mübarizəyə başlamalıyıq. Biz sübut etməliyik ki, İranda şiəlik adı altında - İslamla heç bir əlaqəsi olmayan terrorist molla rejimi durur. İslamın və əsasən də şiəliyin əsl mahiyyətindən ümumiyyətlə xəbəri olmayan bu hakimiyyət qaldıqca, təkcə Azərbaycan yox, digər ölkələr də terrordan sığortalanmayacaqlar. Qorqud partiyası, molla rejiminin saxta şiəliyinə qarşı bu ideoloji mübarizədə istiqamətləndirici rol oynaya bilər. Sadəcə bu işdə bizə hakimiyyətin dəstəyi lazımdır.

Qorqud partiyasının sədri Firudin Kərimov












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru