Rusiyanın daha bir ölkəni sürətlə darmadağın edə biləcəyi açıqlandı

12-09-2021, 12:01           
Rusiyanın daha bir ölkəni sürətlə darmadağın edə biləcəyi açıqlandı
ABŞ-ın “RAND Corporation” hərbi-analitik mərkəzi daha bir Avropa ölkəsinin Rusiya tərəfindən sürətlə darmadağın edilə biləcəyini proqnozlaşdırıb və modelləşdirib.

Teref.az xəbər verir ki, Mərkəzin təhlilinə “Forbes” dərgisi yer verir. Araşdırma müəllifləri bildirirlər ki, Fransanın ən müasir silahlarla silahlanmış güclü ordusu var. Onun tərkibində yaxşı təlim keçmiş xüsusi təyinatlılar, ən yeni döyüş təyyarələri və nüvə silahı var.

Ancaq Fransa silahlı qüvvələri etibarlı deyil, çünki kifayət qədər insan ehtiyatları yoxdur və uzunmüddətli döyüş əməliyyatları aparmaq üçün sursat ehtiyatına malik deyil. Rusiya isə güclü və cəsarətli rəqibdir. Ona görə də ABŞ-ın dəstəyi olmadan Fransanı Rusiya ilə mümkün münaqişədə iflas gözləyir.

Bundan əvvəl “RAND Corporation” Rusiyanın Baltik respublikalarını 36 saata işğal edə biləcəyini proqnozlaşdırmışdı. Habelə Mərkəz Rusiyanın Polşanı NATO-nun əsas qüvvələrinin köməyə yetişməsinə qədər zəbt etmək imkanında olduğunu bildirir.

Pentaqonun keçmiş əməkdaşı və Leksinqton İnstitutunun vitse-prezidenti Daniel Qure bildirir ki, Rusiya silahlı qüvvələrinin sürətli modernizasiyası Moskva tərəfindən hərbi təhdidlərin artmasından xəbər verir. Bu da NATO-nu müdafiə potensialını ciddi şəkildə artırmağa və Şərqi Avropada hərbi qüvvələrini gücləndirməyə sövq etməlidir./Virtualaz.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru