Bayden ABŞ-ın Əfqanıstanı birləşdirmək cəhdlərinin səhv olduğunu söylədi

12-09-2021, 12:38           
Bayden ABŞ-ın Əfqanıstanı birləşdirmək cəhdlərinin səhv olduğunu söylədi
Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden Vaşinqtonun “Əl-Qaidə” terror qruplaşmasının lideri Üsamə bin Ladeni ortadan götürərək bu ölkəyə müdaxiləsinin əsas məqsədini yerinə yetirdikdən sonra ABŞ-ın Əfqanıstanı bir hökumət altında birləşdirmək cəhdlərini səhv hesab edir. Moderator.az xarici mətbuata istinadla xəbər verir ki, Amerika lideri bunu şənbə günü 2001-ci il 11 sentyabr hücumlarının qurbanlarının xatirəsini ziyarət etmək üçün gəldiyi Şanksvill (Pensilvaniya ştatı) şəhərində jurnalistlərlə danışarkən deyib.

Bayden bildirib ki, ABŞ Üsamə bin Ladeni öldürdükdən sonra 20 il ərzində Əfqanıstanda hər gün 300 milyon ABŞ dolları xərcləyib.

““Əl -Qaidə” geri qayıda bilərmi? Bəli. Ancaq bilirsiniz, o artıq başqa yerlərə qayıdıb. Bəs onda strategiya nədir? “Əl-Qaidə”nin olduğu bütün yerlərə daxil olaraq qoşunlarımızı oraya yerləşdirmək? Bəsdirin, siz Allah”, - deyə Bayden jurnalistlərə söyləyib. C-SPAN telekanalı Baydenin jurnalistlərlə söhbətinin videosunu öz saytında yayımlayıb.

Dövlət başçısının sözlərinə görə, amerikalıların əksəriyyəti hələ də Amerika qoşunlarının Əfqanıstandan, bunun necə baş verməsindən asılı olmayaraq, çıxarılmasını dəstəkləyir: “Amerikalıların 70% -i bu qədər pul xərclədikdən sonra Əfqanıstanı tərk etməyin vaxtının çatdığını düşünür”.

“Düzdü, əsgərləri çıxartmağımızdan narazı qalanlar da oldu. Ancaq bunun başqa yolu olmadığını kiməsə izah etmək çətindir. Məsələn, Tacikistanda olsaydıq, C-130 (C-130 Super Hercules hərbi nəqliyyat təyyarəsi) götürərək hansısa formada bizə rəğbət bəsləyən hər kəsin bu təyyarəyə minməsinə icazə verəcəyimizi söyləsəydik, yenə də şassidən yapışan insanlar olacaqdı”, - deyə ABŞ lideri bəyan edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.