Müharibə ehtimalına Moskvadan cavab gecikmədi

12-09-2021, 13:29           
Müharibə ehtimalına Moskvadan cavab gecikmədi
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə genişmiqyaslı müharibə ehtimalının olduğunu söyləyib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin hesab edir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə müharibəyə başlamaq istəyi haqqında bəyanatı təəccübləndirir.

Cebhe. info xəbər verir ki, bu barədə o, öz “Telegram”kanalında yazıb. “Ukrayna liderinin bu cür açıqlamalarından sonra Ukrayna xalqının artıq üzləşdiyi problemlərə əlavə olaraq qardaşlarımızın daha da böyük problemlərlə üzləşəcəyi bəlli olur",-deyə siyasətçi bildirib.

Volodinin sözlərinə görə, Zelenski Rusiya ilə əlaqələri yaxşılaşdırmağa çalışmaq əvəzinə, vəziyyəti daha da gərginləşdirərək gələcək haqqında düşünmək istəmir.

“Avropa Birliyinə üzv olmağa çalışan bir ölkə başçısının bu cür açıqlamaları təəccüblüdür. O, Avropa İttifaqı liderlərinin avropalıların münaqişəyə cəlb olunmasını istəmədiklərini bildiyi halda, Ukraynada baş verənlərə diqqət yetirmələrinin lazım olduğunu vurğulayıb”,-deyə Volodin bildirib.

Qeyd edək ki, sentyabrın 10-da Kiyevdə keçirilən “YES Brainstorming” Forumunda Vladimir Zelenski Rusiya ilə genişmiqyaslı müharibə ehtimalının olduğunu söyləyib. Onun fikrincə, ukraynalılarla ruslar arasında artıq uçurum yaranıb.

Sevinc Tapdıqqızı
Cebhe. info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru