KXDR yeni uzaq mənzilli raketləri sınaqdan keçirib

13-09-2021, 07:29           
KXDR yeni uzaq mənzilli raketləri sınaqdan keçirib
Koreya Xalq Demokratik Respublikası (KXDR) uzaq mənzilli yeni raketləri sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

Qeyd edilir ki, raket sınaqları uğurla başa çatıb. Sınaqlar sentyabrın 11-i və 12-də keçirilib.

Raketlərin sınaqlarına təxminən iki il vaxt sərf olunub.

“Böyük əhəmiyyətə malik strateji silah olan uzun mənzilli qanadlı raketin hazırlanması prosesi son iki ildə güclü silahların istehsalına müvafiq olaraq inkişaf edib”, - Koreya Xalq Demokratik Respublikasının dövlət agentliyinin xəbərində deyilir.

Agentlik qeyd edib ki, yeni silahların texniki göstəriciləri layihə tələbləri baxımından qanedicidir. Raketlər 1 500 km məsafədə hədəfləri vurublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru