Zelenski: “Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib” 13-09-2021, 07:34 Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, amerikalı həmkarı Cozef Bayden Ukraynanın NATO üzvü olması cəhdini dəstəkləyir.Bu barədə “Report” CNN-ə istinadən xəbər verir.Ukrayna rəhbəri bununla yanaşı əlavə edib ki, bu qərar təkcə Birləşmiş Ştatlardan asılı deyil."O dedi: "Mən düşünürəm ki, siz orada (NATO-da-red) olmalısınız, amma bu yalnız məndən asılı deyil", — Zelenski qeyd edib.Daha əvvəl Zelenski bildirib ki, Ukrayna ABŞ-dan NATO-ya üzvlüklə bağlı birbaşa cavab almayıb.Bu halda Ukrayna lideri hesab edir ki, rəsmi Kiyev Amerikaya etibar edə bilər, çünki iki dövlətin hazırkı münasibətləri başqa səviyyədədir. Facebook-da paylaş