Paşinyan ölkəsini boşalmaqdan NECƏ QURTARIR?.. - Yeni HOQQA...

24-09-2021, 09:17           
Paşinyan ölkəsini boşalmaqdan NECƏ QURTARIR?.. -
Ermənistanda vətəndaşlar yeni xarici pasport alan, yaxud onu dəyişən zaman ciddi problemlərlə qarşılaşırlar. Bu barədə “Joxovurd” qəzeti material yayıb. Qəzetin yazdığına görə, xarici pasportun alınmasında problemlərin olduğuna dair Ermənistanın müxtəlif bölgələrindən redaksiyaya telefon zəngi edilir: “Vətəndaşlar Pasport-viza idarəsinin regional bölməsindən şikayət edirlər. Onlar bildirirlər ki, bölmədən pasport almağa gedəndə rədd cavabı alırlar. Vətəndaşlara kağız olmadığı üçün pasportun çap edilmədiyini deyiblər”.

“Joxovurd”un yazdığına görə, oxşar problemlə Ermənistanın Eçmiədzin, Malatya, Armavir və başqa rayonların sakinləri üzləşir.

Hazırda həddən çox erməni vətəndaşının Ermənistanı tərk etməyə çalışdığını deyən politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, məhz bu səbəbdən də xarici pasporta tələbat artıb və bu sahədə böhran yaranıb. Politoloq qeyd edib ki, bunun da başlıca səbəbi ermənilərin ümidsizliyə düçar olmasıdır:

"Ermənilər 44 günlük Vətən müharibəsindən sonra ağır, psixoloji məğlubiyyət, lazımsızlıq sindromu keçirirlər. Çünki erməni əhalisinin "Böyük Ermənistan" xəyalları yerlə bir olub. Məhz bu psixoloji sarsıntı erməni cəmiyyətində böyüdüyünə görə, əhalinin xeyli hissəsi həm Qarabağ bölgəsini, həm də Ermənistanı tərk etməyə çalışır. Burda həm də təbii və süni problemlər ortaya çıxa bilər. Təbii problemlər nədir? Təbii problemlər odur ki, həddən çox insan eyni vaxtda xarici pasport üçün müraciət edə bilər, yəni adi normada gündəlik say çox ola bilər.

Təbii ki, bu say da bir neçə dəfə artanda sistemdə ciddi problemlər yaşana bilər və bu səbəbdən də insanlar xidməti çatdıra bilməz.

Bir də qeyri-təbii səbəblər ola bilər, yəni Ermənistan hökuməti ölkənin sürətli boşalmasının qarşısını almaq üçün süni olaraq maneələr yaradır. Bu yolla da həm insanların ölkədən getmə faizini azaltmağa çalışa bilərlər, həm də ki, yubada. Ona görə də düşünürəm ki, burda problem daha çox süni səbəblərdən qaynaqlanır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.