“Soçidəki görüş Brüsseldəkini, sadəcə, “protokol”a döndərəcək...” - İDDİA

25-11-2021, 12:39           
“Soçidəki görüş Brüsseldəkini, sadəcə, “protokol”a döndərəcək...” - İDDİA
“Sabah - noyabrın 26-da Soçidə keçiriləcək üçtərəfli Əliyev-Putin-Paşinyan görüşü əvvəlcədən planlaşdırılmayıb. Soçi görüşü dekabrın 15-də Brüsseldə keçiriləcək görüşün “preambulası” kimi spontan şəkildə gündəliyə salınıb”.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Past” qəzeti yazıb.

“Üstəlik, məlumat var ki, Soçidə tərəflər sərhədlərini demarkasiya və delimitasiyası üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılığa gələcəklər. Yeri gəlmişkən, sonuncu mətbuat konfransında bunu faktiki olaraq Paşinyan da təsdiqləyib. İmzalanacaq potensial sənəd Ermənistan və Azərbaycanın sərhədlərin müəyyən edilməsi ilə məşğul olan komissiyanın yaradılması haqda olacaq.

Əldə etdiyimiz məlumata görə, ötən gün Nikol Paşinyan artıq komissiya üzvlərinin ilkin siyahısını hazırlayıb və dekabrın 15-dək adlar rəsmən açıqlanacaq. Bununla belə, ekspertlərin fikrincə, Brüsseldəki görüş əsasən “protokol” olacaq, çünki əsas məsələlər Soçidə həll ediləcək”- erməni nəşri belə yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru