İranın qardaşının ermənilərə “qardaş hədiyyəsi”nin tarixçəsi... - “Gelendvagen”li Vazgen (FOTO)

29-11-2021, 11:58           
İranın qardaşının ermənilərə “qardaş hədiyyəsi”nin tarixçəsi... -
Özlərini İslam aləminin aparıcı dövlətləri, müsəlman təəssübkeşi, haqq-ədalət carçısı və s. hesab edən bəzi “islam dövlətləri”nin işğalçı Ermənistana son 30 ildə, eləcə də 44 günlük müharibə və ondan sonrakı dövrdə açıq şəkildə dəstək verdiyi heç kimə sirr deyil.

Elə Birinci Qarabağ müharibəsində də torpaqlarımızın işğal edilməsində həmin dövlətlərin ermənilərə dəstəyinin müstəsna rolu olub. Bununla bağlı kifayət qədər tarixi faktlar var və “AzPolitika.info” xəbər verir ki, belə maraqlı faktlardan birini Rəşid Hacılı özünün “feysbuk” səhifəsində dərc edib: “Fotoda gördüyünüz qırmızı avtomobil “Gelendvagen”dir. Sürücüsü Ermənistanın keçmiş müdafiə naziri və baş naziri olmuş Vazgen Sarkisyandır. Şuşanın və başqa torpaqlarımızın işğalında böyük roluna görə heykəlini də qoymuşdular Şuşada. Dağıdıb zibilliyə atdı bizimkilər.

Onun sürdüyü bu fotodakı avtomobili indi Vazgenin adını daşıyan muzeydə saxlayırlar.

Bu “Gelendvagen”in maraqlı tarixçəsi var. 1990-cı ildə Vazgen Sarkisyan “Yekrapa” adlanan könüllülərdən ibarət hərbi dəstələrin başında bizimkiləri qırıb-qovan zamanlarda ona bu avtomobili hədiyyə veriblər. Kim? Bu gün Rusiyanın və şiə qardaşımız İranın dəstəklədiyi Bəşər Əsədin atası.

Hafiz Əsədin Vazgenə xidməti bununla bitməyib. 1992-ci ildə Vazgen bu “Gelendvagen”i yaxşı pula Gürcüstanda satıb. Puluna 2 tank alıb. Bizə qarşı vuruşmaq üçün. Hafiz Əsəd bunu eşidəndə çox “təsirlənib”. Pul və adam göndərib, “Gelendvagen”i geri alıblar və gətirib yenidən bağışlayıblar. İndi də Suriya liderinin azərbaycanlıları öldürən erməni “igidinə” qardaş hədiyyəsi kimi muzeydə saxlayırlar.”

“AzPolitika.info”













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.