ABŞ-ın silah ixracının həcmi il ərzində 21% azalıb

23-12-2021, 11:33           
ABŞ-ın silah ixracının həcmi il ərzində 21% azalıb
ABŞ-ın hökumətlərarası və özəl müqavilələr çərçivəsində silah ixracının həcmi 2021-ci maliyyə ilində 138 milyard ABŞ dollarına düşüb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı məlumatda yer alıb.

Bu statistikaya əsasən, Dövlət Departamentinin 2021-ci ildə silah tədarükü üçün təsdiq etdiyi hökumətlərarası təmasların ümumi məbləği 34,81 milyard ABŞ dolları təşkil edib. Özəl sektorda analoji müqavilələrin məbləği 103,4 milyard ABŞ dollar olub.

2020-ci maliyyə ilində bu rəqəmlər müvafiq olaraq 50,78 milyard ABŞ dolları və 124,3 milyard ABŞ dolları olub. Beləliklə, ümumi məbləğ təxminən 175 milyard ABŞ dolları təşkil edib, yəni ixrac həcmlərində təxminən 21% azalma müşahidə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru