Ukraynada qadınların hərbi uçota alınması başlayır
24-12-2021, 07:34
Yüz minlərlə ukraynalı qadını hərbi uçota alacaqlar.
Bu barədə Müdafiə Nazirliyinin «Armiyainform» agentliyi xəbər verib.
«Müdafiə Nazirliyinin 313 nömrəli, 11.10.2021-ci il tarixli əmri qüvvəyə minib. Əmrlə sahələrin və peşələrin siyahısı təsdiq olunub və bu siyahılara görə, işləyən qadınlar hərbi uçota alınmalı və uçotda dayanmalıdırlar… Siyahıda 35 peşə istiqaməti var, onların hər biri mahiyyətcə, onlarla ayrıca təsərrüfat fəaliyyəti ixtisasını nəzərdə tutur… Söhbət yüz minlərlə ukraynalı qadınlardan gedir» - xəbərdə deyilir.
Peşə istiqamətinin siyahısı genişdir - ictimai-iaşə, hüquqşünaslıq və iqtisadiyyatdan tutmuş, nəşriyyat və poliqrafiyaya qədər.
Hərbi uçotdan yayınmağa görə inzibati məsuliyyət nəzərdə tutulub. Uçota nəzarət etməyən işəgötürənlər 5,1 mindən 8,5 min qrivenə (187-312 dollar) qədər cərimələnirlər.