Britaniyanın baş diplomatı Rusiyanı «hamıya təhlükə» adlandırıb!

31-03-2016, 22:14           
Britaniyanın baş diplomatı Rusiyanı «hamıya təhlükə» adlandırıb!
Xarici KİV-in məlumatına görə, Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bəyan edib ki, Rusiya beynəlxalq normalara hörmət etmədiyinə görə, təhlükə yaradır (Royter).
«Rusiya beynəlxalq davranış normalarına məhəl qoymur və beynəlxalq qaydalar sisteminə «əl qaldırır». Bu da hamımız üçün bir çağırış və hədə deməkdir» – deyə, Hammond Gürcüstana səfəri zamanı «Rusiya Gürcüstan və Baltikyanı ölkələr üçün təhlükədirmi?» sualına cavab verərkən deyib.

Britaniya xarici işlər nazirliyinin Rusiyaya yönəlik son bəyanatlarından biri «Krımın işğalına son qoymaq və onu Ukraynaya qaytarmaq» çağırışı olub. Müraciət, Krımın Rusiyaya birləşdirilməsinin ikinci ildönümünə həsr olunub.
Bundan əvvəl Hammond beynəlxalq birliyə belə bir çağırış etmişdi ki, heç kəs hərbi kontingentini Suriyadan çıxarmağa başladığına görə, Rusiya prezidenti Vladimir Rutini tərifləməsin. Nazirin sözlərinə görə, Suriyadan hərbçilərin çıxarılmasını alqışlamaq, istər-istəməz, «arvadını döyməkdən əl çəkmiş əri» tərifləmək kimi bir yanlış olardı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.