“Eldar Mahmudovla Akif Çovdarov güllələnməlidir” - İTTİHAM
1-04-2016, 12:10
Bir neçə ay bundan öncə vəfat edən İşgəncələrə Qarşı Dövlət Komitəsinin sədri Elçin Behbudovun əvəzinə qurumda yeni sədr təyin olunub. Yeni sədr Həmidov Elşad Nəcməddin oğludur. Komitənin sədri Moderator.az-a sensasion açıqlamalar verib.
Həmidov Elşad mərhum sədri Elçin Behbudovun qanunsuz əməlləri barədə danışıb:
“Mən uzun illərdir bu komitədə çalışmışam. Əksər vaxtlar Elçin Bhbudovla aramızda fikir ayrılıqları yaşanırdı. O, qeyri-obyektiv adam idi. Bundan əlavə komitənin vəsiqələrini 300-500 manat satırdı. Ölənin dalınca danışmaq doğru hesab olunmasa da mən o, adam sağ olanda belə ona sözümü demişəm, indi də deyəcəm. Elçin Behbudov keçmiş MTN-dəki cinayətkar qrupun bir həlqəsi idi. Eldar Mahmudov şəxsən ona MTN-in kəşfiyyat idarəsinin polkovnik-leytenantı vəsiqəsini vermişdi. O, bir neçə nəfəri, hətta məni də hədələyərək bildirmişdi ki, istədiyi hər şeyi edə bilər. Mənim onunla tez-tez mübahisələrim olub. Amma ondan çəkinməmişəm. Elçin Behbudovun ailəsi də artıq ona güvənərək özbaşınalıqlar etməyə başlamışdı. Elçin Behbudovun qardaşı Eldar Behbudov bu yaxınlarda 178-ci (dələduzduq) maddəsi ilə həbs olunub. Bu ailə tam bir cinayətkar dəstə olub. Elçin Behbudovun həyat yoldaşı Elmira Behbudova da bunların tərkib hissəsidir. Bunlar hamısı MTN-ə Eldar Mahmudova Akif Çovdarova arxalanaraq bu addımları atıblar. Eldar Mahmudov və Akif Çovdarov çiyinlərində general rütbəsi daşıya-daşya Azəraycan xalqına xəyanət etdilər. Belə şəxslər bağışlanılmamalıdır.
Biz sivil dövlətdə yaşayırıq. Azərbaycanda ölüm cəzasına maratorium qoyulub. Mən hesab edirəm ki, bu maratorium qaldırılmalı və Eldar Mahmudovla Akif Çovdarov güllələnməlidir. Onlar vətən xainidirlər, belə şəxsləri bağışlamaq olmaz.”