Brüssel görüşü vəziyyəti dəyişdi - VİDEO

24-01-2022, 11:05           
Brüssel görüşü vəziyyəti dəyişdi - VİDEO
Avropa İttifaqına sədrlik yanvarın 1-dən Fransaya keçib. 27 dövləti birləşdirən təşkilatda qəbul edilən dəyişikliyə görə, Fransanın sədrliyi 6 ay davam edəcək. Fransalı analitiklər Parisin 6 aylıq sədrliyi dövründə çox çətin missiya ilə üzləşəcəyini proqnozlaşdırırlar. hesab edirlər ki, koronavirusun yaratdığı sanitar böhran dünya iqtisadiyyatına yenidən təsir edə bilər.

Maraqlıdır ki, Fransanın Avropa İttifaqına sədrliyi Azərbaycan üçün siyasi və iqtisadi baxımdan nə vəd edəcək? Məsələyə münasibət bildirən millət vəkili Cavanşir Feyziyev REAL-a açıqlamasında bildirdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər hər zaman yüksək səviyyədə olduğundan Fransa Avropa maraqlarından çıxış etmək məcburiyyətində qalacaq.

Millət vəkili bildirdi ki, Fransa - Azərbaycan münasibətlərində zamanla anlaşılmazlıqlar yaşansa da, biz bu ədalətsizliyin ən pik həddini Vətən müharibəsində müşahidə etsək də, 2021-ci ilin dekabrında Brüssel görüşü vəziyyəti dəyişdi.

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsinə köməkliyi, Fransanın su və enerji şəbəkələrinin yenilənməsi üçün öz maliyyələri hesabına Ağdamda regional inkişafın həyata keçirilməsinə diqqət yetirmişdir. B əməkdaşlığa təhsil və mədəniyyət sahələri də daxildir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.