"Ayının" dərisindən pay almaq üçünÇin də hərəkətə keçdi...

9-03-2022, 12:18           
"Ayının" dərisindən pay almaq üçünÇin də hərəkətə keçdi...
Rusiya Qərbə günlük 4,3-4,8 mln. barel arası neft ixrac edir, bunun cəmi 650-700 min barelini ABŞ-a ixrac edir ki, bu da Amerikanın xaricdən aldığı neftin 8%-i, istehlak etdiyi neftin isə 3%-i təşkil edir - yəni, ABŞ Rusiya neftindən asanlıqla imtina edə bilər. Yeri gəlmişkən, bu gün ABŞ-la Venesuela arasında danışıqlar baş tutub, rəsmi Karakas da sanksiyalar altındadır, neftini, əsasən, Çinə satırdı. Venesuelanın keçən il günlük neft hasilatı cəmi 796 min, potensialı isə günə 2,5-3 mln. bareldir - deməli, Madura Putinə "atan", ABŞ-la anlaşan kimi bazara cəmi 3 aya əlavə 1,5-2 mln. barel neft çıxaracaq ki, bu da Şimali Amerika bazarını sabitləşdirəcək.
Teref.az yazır ki, bunu politoloq Natiq Cəfərli yazır.
Qaldı Avropa, AB ölkələri Rusiya neftindən daha çox asılıdır, əvəzləmək üçün yeni böyük hasilatçı ölkə lazımdlr, bu ölkə də İran olacaq. Bugün-sabah Tehran da Moskvaya "atacaq", Qərb ilə anlaşacaq, İranın günlük hasilat potensialı 4,5-5 mln. bareldir, bu da AB-yə Rusiya neftini əvəz etməyə bəs edir.
İran qaz məsələsində də güclü potensialı olan ölkədir - AB Rusiya qazından imtina edə bilməz, amma oyuna İran girsə, bu mümkündür.
Qaldl Kremlin əsas güvəndiyi ölkə - Çin, o da bu gün Fransa və Almaniya ilə görüşüb, sülhə çağırış edib, AB ilə yeni sazişlərə hazır olduğunu deyib.
Putinin Ukraynada "blitzkrieg"-i alınmadı, ölkəni tez diz üstə qoya bilmədi, Kremlin gücü haqqında mif dağıldıqca, ərtafında heç kəs qalmayacaq, artıq Çin də ancaq öz maraqları çərçivəsində davranacaq - əli hər yerdən üzülən Rusiyadan su qiymətinə enerji və təbii resurslar alacaq.
Belə görünür ki, Qərb üçün artıq prioritet Rusiyadır, "Ayının" dərisini bölmək üçün Çin də bu koalisiyada yer almağa başladı-başlayacaq...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.