Moldovanın Baş naziri: "NATO-ya deyil, Avropa İttifaqına daxil olmağa cəhd göstəririk"

9-03-2022, 12:40           
Moldovanın Baş naziri:
“Biz NATO-ya deyil, Avropa İttifaqına üzv olmağa cəhd göstərəcəyik”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moldovanın Baş naziri Natalya Qavrilisa “Euronews”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moldovanın Konstitusiyasında neytrallıq prinsipi yazılıb: "Biz NATO-ya üzvlüyə deyil, Avropa İttifaqına daxil olmağa cəhd göstərirəcəyik".

Məlumata görə, Moldova Prezidenti Mayya Sandu artıq martın 3-də ölkəsinin Avropa İttifaqına daxil olması haqqında ərizəni imzalayıb.

Moldova Konstitusiyasına əsasən, ölkənin neytrallıq statusu var, ancaq 1994-cü ildən respublika fərdi tərəfdaşlıq planı çərçivəsində NATO ilə əməkdaşlıq edir.

Moldovanın paytaxtı Kişineuda NATO-nun informasiya mərkəzi fəaliyyət göstərir. 2017-ci ilin dekabrında isə ölkə paytaxtında NATO-nun rabitə üzrə bürosu açılıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Ukraynadan sonra Moldovaya hücum edəcəyinə dair məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru