Putinin “Ukraynada xüsusi əməliyya keçirilir” nağılına kimsə inanmaz

10-03-2022, 00:01           
Putinin “Ukraynada xüsusi əməliyya keçirilir” nağılına kimsə inanmaz
Rusiya prezidenti Vladimir Putin dünən bildirmişdi ki, Ukraynaya yalnız peşəkar hərbçilər göndərilib, guya orada çağırışçılar yoxdur. Üstündən 24 saat keçdikdən sonra Kreml sahibi etiraf etdi ki, Ukraynada çağırışçılar olub. Bunu niyə etiraf edib? Səbəbi bəllidir. Çünki həmin gənc çağırışçılar Ukrayna ordusuna əsir düşüblər, ağlayaraq valideynlərinə zəng ediblər və bu görüntülər internetdə yayılıb. Putin də anlayıb ki, bunu gizlətmək mümkün olmayacaq. Kreml sahibi vəziyyətdən çıxış yolu kimi çağırışçıları Ukraynaya göndərdilməsinə görə Müdafiə Nazirliyindəki məsul şəxsləri cəzalandırmağı tapşırıb. Bu mənə nəyi xatırlatdı?
Teref.az yazır ki, bunu politoloq Şahin Elxanoğlu yazır.
Deməli 1990-cı illərin sonlarında Rusiya hərbçiləri Çeçenistanı bombardman edir, hər yeri dağıdır və qətliamın miqyasını gizlətməyə çalışırdılar. Ancaq bir hadisə Putini o qədər çoka saldı ki, bunu gizlədə bilməyəcəyini anladı. Budanov adlı rusiyalı yüksək rütbəli zabit içkili vəziyyətdə yoldan keçən çeçen qızın qərargahına gətirilməsini əmr edərək onu zorlamış və sonra öldürmüşdü. Budanov həbs olundu. Putin bununla demək istədi ki, qəddar olduğu qədər guya mərhəmət hissi də var. Ancaq günahsız çeçen qızını qəddarcasına öldürən həmin Budanov bir müddətdən sonra amnistiya edildi. Doğrudur Budanov azadlıqda çox yaşaya bilmədi, çeçen qızın intiqamı alındı və onu küçədə öldürdülər. Biz Rusiya hərb maşınının hansı “mərhəmət hissinə” malik olduğunu 20 yanvarda, Xocalıda görmüşük. Ona görə Putinin “Ukraynada xüsusi əməliyya keçirilir” nağılına kimsə inanmaz.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.