Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək

28-06-2022, 08:38           
Türkiyə-İran-Azərbaycan XİN başçılarının toplantısı keçiriləcək
Tehran Türkiyə-İran-Azərbaycan üçtərəfli əməkdaşlıq formatı çərçivəsində xarici işlər nazirlərinin növbəti toplantısına ev sahibliyi edəcək.

Teleqraf/com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri qeyd edib ki, tərəflər görüşü bu il ərzində keçirmək istəyir. Lakin Çavuşoğlu görüşün dəqiq tarixini açıqlamayıb.

Türkiyə və İranın ətraf mühitlə bağlı birgə fəaliyyətinin zəruriliyinə diqqət çəkən nazir iki ölkənin mütəxəssislərinin bir araya gələcəyini bildirib.

Çavuşoğlu əlavə edib ki, Türkiyənin İranla köklü və tarixi əlaqələri var, bu əlaqələri hər sahədə genişləndirmək və hər iki ölkəyə fayda verəcək şəkildə inkişaf etdirmək əzmindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru