Rusiya səfiri Moskvanın İrəvana silah qadağasını şərh etmədi - Ermənistan KİV

30-09-2022, 10:08           
Rusiya səfiri Moskvanın İrəvana silah qadağasını şərh etmədi -
Xəbər verdiyimiz kimi Ermənistanın baş naziri Nikol Paşinyan ölkələrin, xüsusən də müttəfiqlərin İrəvana silah satmaq istəmədiyini bəyan edib. Erməni cəmiyyətində birmənalı qarşılanmayan bu açıqlamanın daha çox Rusiyaya ünvanlandığı ehtimal edilir. Yerli KİV baş nazirin müttəfiq deyərkən hansı ölkəni nəzərdə tutmasını araşdırır, məsələnin detallarını öyrənməyə çalışır.
Məsələn, bu gün "Joğovurd" Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkindən müsahibə alaraq Moskvanın İrəvanı silahsız qoyan müttəfiqlər sırasında olmasını dəqiqləşdirməyə çalışıb.
Səfir qəzetə müsahibəsində Rusiya da Ermənistana silah satışına qadağa qoyubmu sualını şərh etməyib.

"Bildiyiniz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 13-də sərhəddə baş verən irimiqyaslı toqquşmalarla bağlı parlamentdə və dünən hökumətin iclasında İrəvanın silah-sursatla bağlı ciddi problemlərlə üzləşməsindən danışıb. Onun sözlərinə görə, hətta müttəfiqlər də silahla bağlı vədlərinə əməl etmirlər, pul ödənilsə belə sursat satılmayıb. Baş nazir deyir ki, Ermənistanın kifayət qədər maliyyə imkanları olsa da, bu müttəfiqlərin heç də hamısı bizə silah satmağa hazır deyil. Paşinyan konkret olaraq belə dedi ki, "pulumuz var, amma silah ala bilmirik".

Baş nazirin bu açıqlaması ilə bağlı rusiyalı səfir Sergey Kopırkindən Rusiya Federasiyasının Ermənistana silahla bağlı qadağa qoymasını soruşduq. O, əvvəlcə dedi ki, “Mənim bu suala cavab vermək səlahiyyətim yoxdur”. Əgər səfir mövzunu aydınlaşdırmağa hesablanmış konkret sualımızı, Rusiyanın qadağası olmasının təkzib etmirsə deməli belə bir fakt mövcuddur. O, heç yayılan məlumatı təsdiq də etmir. Sadəcə dedi ki, "Şərh olunmayacaq!", - nəşr yazıb.

Qeyd edək ki, Paşinyan açıqlamasında Azərbaycanın da bu qadağalarda mühüm rol oynadığını xüsusi vurğulayıb.

AzVision.az




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.