İcra başçısı Qarabağ ermənilərinə səsləndi: - `Gəlin, görüşək

27-05-2016, 12:32           

“Ermənistan hakimiyyəti Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşün keçirilməsinə imkan vermir”

Bunu AzVision.az-a Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri, Şuşa rayon icra hakimiyyətinin başçısı Bayram Səfərov deyib.

İcma rəhbəri bildirib ki, Dağlıq Qarabağ erməniləri hazırkı Ermənistan rəhbərliyini təzyiqi altındadır: “Sarkisyan rejimi Dağlıq Qarabağın erməni icmasının nümayəndələri ilə görüşümüzə imkan vermir. Biz onlara görüşmək üçün bir neçə dəfə təklif irəli sürmüşük. Şəxsən mən Qarabağda yaşayan ermənilərlə görüşməyə hər zaman hazıram. Çünki, həmin ermənilərlə birlikdə işləmişik, aramızda salam olub. Kriminal rejim bizim görüşümüzə imkan vermir”.

B.Səfərovun fikrincə, icmaların görüşündə beynəlxalq ictimaiyyət də maraqlı deyil: “Biz dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə, Avropa İttifaqının nümayəndələrindən, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən, xarici səfirliklərin nümayəndələrindən və digər rəsmilərdən xahiş etmişik ki, icmaların görüşünü təşkil etməyə bizə kömək etsinlər”.

İcra rəhbəri Qarabağ ermənilərinə səslənərək, onları görüşə çağırıb: “Biz indi də Dağlıq Qarabağ erməniləri ilə görüşə hazırıq. Gəlsinlər işğal altında olmayan Azərbaycana, burada görüşək, yox əgər istəmirlərsə, üçüncü ölkədə görüş keçirək. Amma heç kim bu görüşün baş tutmasına maraqlı deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.