""Diffomasyia haqqında” qanuna nə üçün mənfi rəy verildiyi bizə məlum deyil" - Deputat

31-05-2016, 15:16           

Bu gün Avropa Şurası və Avropa İttifaqının birgə həyata keçirdiyi "Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində"Diffamasiya və böhtan: Azərbaycanın müvafiq qanunvericiliyinə baxış” mövzusunda sessiya təşkil olunub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2011-ci ildə Azərbaycanın Venesiya Komissiyasına təqdim etdiyi "Diffomasyia haqqında” qanuna verdiyi rəy müsbət olmayıb: "Ancaq məlum olmadı ki, Venesiya Komissiyası nə üçün mənfi rəy verdi və bu işlər dayandırıldı. O vaxt üç ölkə "Diffamasiya haqqında” qanun qəbul etmişdi. Avropa ölkələrinin bir çoxu, o cümlədən Fransa bunu qəbul etməmişdi”.

Ə. Hüseynli qeyd edib ki, "Diffamasiya haqqında” qanunun mahiyyəti Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dekriminalizasiya edilməməsi ilə bağlı olub: "Bu gün də biz bu mövqedəyik. Biz prinsipcə qanunun qəbulunun əleyhinə olmamımışıq. Yeganə mövqeyimiz o olub ki, bunu Cinayət Məcəlləsini dekriminalizasiya etmədən həyata keçirək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru