“Türkiyə üzr istəməlidir” - Rusiya israr edir

31-05-2016, 17:55           

“Rusiya Türkiyə ilə münasibətləri nizamlamaq təşəbbüsü ilə birinci çıxış etmək niyyətində deyil, lakin Ankaranın müvafiq müraciətinə baxmağa hazırdır”.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Türkiyə tərəfi hazırda çox güclü əziyyət çəkir: “Ona görə də, müxtəlif bağlı kanallarla bizə yaxınlaşmağa və hansısa komitə yaratmağa cəhd edirlər. Hələ keçən ilin dekabrında türkiyəli həmkarım mənə münasibətlərin normallaşdırılması ilə bağlı komitə və ya qrup yaratmağı təklif etmişdi. Biz heç vaxt deməmişk ki, Türkiyəyə “zeytun budağı” uzadırıq. Demişik ki, Türkiyə üzr istəməlidir, hərbi cinayət zamanı dəyən ziyanı ödəməlidir. Prezident Putin də bildirib ki, biz Ankaranın müraciətinə baxmağa hazırıq”.

Xatırladaq ki, 2015-ci il noyabrın 24-də Türkiyə hərbi təyyarəsi ölkənin hava məkanını pozan Rusiyaya məxsus “Su-24” bombardmançı təyyarəsini vurub. Bundan sonra iki dövlət arasında münasibətlər pisləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru