Putin dünən qərarını verdi, geridönüş olmayacaq

1-03-2023, 12:47           
Putin dünən qərarını verdi, geridönüş olmayacaq
Rusiya Strateji Silahların Azaldılması Müqaviləsindən (START) çıxmaqla tərəfdaşlığa son qoyub.

Bu barədə NATO Baş katibi Yens Stoltenberq danışıb.

O bildirib ki, Soyuq müharibənin sonunda Rusiya ilə daha yaxşı münasibət quracaqlarına inanırdı.

"Buna görə də biz etiraf etməliyik ki, bu müharibənin sonunda Rusiya ilə normal münasibətlərə qayıtmaq olmayacaq. Geriyə dönüş yoxdur", - Stoltenberq vurğulayıb.

Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiyanın “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakının dayandırılması barədə qanun imzalayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru