Putin eyni zamanda müxtəlif maddələrlə məhkum edilə bilər

27-03-2023, 00:12           
Putin eyni zamanda müxtəlif maddələrlə məhkum edilə bilər
"Ukraynaya qarşı təcavüz cinayətlərinə görə bilavasitə Rusiyanın hərbi-siyasi rəhbərliyi cavabdehdir..."

Rusiya prezidenti Vladimir Putin eyni zamanda Ukrayna uşaqlarının Rusiyaya deportasiyası və Ukraynaya qarşı təcavüz cinayətlərinə görə məhkum edilə bilər.

Bu barədə "FreeDom" telekanalının efirində Rusiyanın Ukraynaya qarşı hərbi cinayətlərinin sübutlarının toplanması ilə məşğul olan vəkil Yuri Belous bəyan edib.

"Putinin Ukraynanın işğal edilmiş ərazilərindən uşaqların oğurlanmasına görə məsuliyyətə cəlb edilməsi təcavüz cinayətlərinə görə Ukraynanın təkid etdiyi xüsusi tribunalın yaradılması ideasını əvəz etmir.

Rusiya prezidenti həm Ukrayna uşaqlarının deportasiyasına görə, həm də təcavüz cinayətlərinə görə məhkum edilə bilər", - o, deyib.

O, əlavə edib ki, Ukraynaya qarşı təcavüz cinayətlərinə görə bilavasitə Rusiyanın hərbi-siyasi rəhbərliyi cavabdehdir.

Vəkil həmçinin qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) və baş prokuror Kərim Xan Rusiya üzrə ayrıca xüsusi tribunalın yaradılmasına qarşı çıxır və onların təsisatları çərçivəsində işləməyi təklif edir.

"Onlar nümayiş etdirir ki, daimi orqan olan Haaqadakı BCM mükəmməl işləməyə qadirdir və belə də işləyir. Ona görə ki, onlar birbaşa prezidentə qarşı qərar çıxarıb", - Belous deyib.

Bundan öncə xəbər verilib ki, Ermənistan BCM-in Rusiya prezidenti Vladimir Putinin həbsinə verdiyi orderi dətəkləyib. Ermənistanın Konstitusiya Məhkəməsi BCM-in 17 iyul 1998-ci ildə imzalanmış Roma Nizamnaməsində təsbit edilən öhdəlikləri tanıyıb.

Başqa sözlə desək, Ermənistan hökuməti öz ərazisində prezident Putini və uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanı BCM-in həbsinə verdiyi orderlərə uyğun olaraq saxlamalıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.