Novruz Məmmədov nalbandyana cavab verdi :“Cənab nazir, bu lap ağ eləmək oldu axı”

23-06-2016, 00:17           
Novruz Məmmədov nalbandyana cavab verdi :“Cənab nazir, bu lap ağ eləmək oldu axı”
“Nalbandyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi”.
Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib. O, bu yolla Ermənistan Xarici işlər naziri Edvard Nalbandyanın prezidentlərin Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ probleminin həllində razılıq əldə edilməsi ilə bağlı xəbərləri təkzib etməyinə münasibət bildirib.
Novruz Məmmədov Nalbandyanın mərhələli həll variantını istisna etməyinə qarşı sərt mövqe tutub:
“Görəsən, görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı? Mənim görüşdə iştirakıma gəldikdə isə - bəs düz qarşımda oturan o deyildi? Cənab nazir, yalan-yalan, bu lap ağ eləmək oldu axı”.
Qeyd edək ki, Novruz Məmmədov ANS-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib, Nalbandyan isə bunu təkzib edib./qafqazinfo












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.