"Nalbandyan bəyəm mənimlə üzbəüz oturmamışdı?" — Novruz Məmmədov

23-06-2016, 11:04           

Azərbaycan Prezdent Administrasiyası Ermənistan XİN-in yalanını ifşa etdi

Azərbaycan Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov Ermənistanın xarici işlər naziri Edvard Nalbəbdyanı yalan söyləməkdə ittiham edib.

"Nalbəndyan həmişəki kimi öz ampluasında qalır. O, Qarabağ münaqişəsinin həlli yolundakı mərhələli variantı paket variantı kimi təqdim etdi. Görəsən o, görüşdə iştirak edən digər siyasətçilərdən bu yalanına görə utanacaqmı? Mənim görüşdə iştirak edib-etməməyimə gəlincə, bəyəm Nalbəndyan mənimlə üz-üzə oturmamışdımı? Cənab nazir, yalan var, yalan var. Bu lap ağ yalan oldu", - deyə Novruz Məmmədov "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

Xatırladaq ki, dünən Novuz Məmmədov Qarabağ münaqişəsinin mərhələli şəkildə həllinə dair razılaşma əldə olunduğunu bildirsə də, Ermənistanın XİN başçısı Edvard Nalbəndyan bu məlumatı təkzib etmişdi.

Ölkə.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru