Serbiya prezidenti “Vaqner”in üsyan cəhdinə xarici müdaxilədən danışdı

26-06-2023, 10:57           
Serbiya prezidenti “Vaqner”in üsyan cəhdinə xarici müdaxilədən danışdı
“Vaqner” özəl hərbi şirkətinin hərbi çevriliş cəhdində xarici müdaxilə olub”.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

Onun sözlərinə görə, Rusiyada baş verənlərin böyük nəticələri olacaq və indi ölkə başçısı Vladimir Putinin qarşısında xüsusilə çətin vəzifə durur.

Vuçiçin fikrincə, hərbi şirkətə böyük güc vermək qərarı səhv idi.


“Kənardan kimin bu işə qarışdığını söyləmək istəmirəm, amma şübhə etməyin, heç bir şübhə olmamalıdır... Bizdə xarici xidmətlər hər zaman saysız-hesabsız işlərlə məşğuldur”, - deyə Vuçiç bildirib.

O, hadisə nəticəsində Rusiyanın yeddi helikopterinin vurulduğuna, qiyam cəhdinin isə Putinin kəskin, qəti və aydın reaksiyası sayəsində başa çatdığına diqqət çəkib.

Mənbə: Vedomosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru