“Vaqner” qiyamı: Putinin nəyinə lazım idi?

27-06-2023, 00:24           
“Vaqner” qiyamı:
Son hadisələri “Putinin oyunu” kimi qiymətləndirənlər var. Fərqli fikirlərə hörmətlə yanaşanlardanam, sadəcə son hadisələrin Kreml sahibinin planı ilə əlaqələndirilməsi məntiqi görünmür.
Bu Kreml sahibinin təşkil etdiyi necə oyundur ki, “Vaqner” qruplaşması Rusiyanın iki böyük şəhərini döyüşsüz ələ keçirməklə Kremli sahibinin və Rusiya ordusunun imicinə dəhşətli zərbə vurdu?
Bu Rusiya tarixinə yazılan biabırçılıq idi. Rostov sakinləri Putinin düşmənlərini hörmətlə qarşılayıb, gül-çiçəklə yola saldılar.
Bu Putinin nəyinə lazım idi? Bu “Putinin oyunu” idisə qazancı nə oldu? Putin Priqojini zərərsizləşdirmək üçün onun başkəsənlərinin mütləq Rostov və Voronej kimi iki böyük şəhərinə daxil olmasına şərait yaratmalı idi, başqa vasitə düşünə bilmədi?
Rusiya cəmiyyəti və beynəlxalq aləm gördü ki, Vladimir Putin ölkəsinə nəzarət edə bilmir. Bu necə oyundur ki, Kreml sahibi “Vaqner” qruplaşmasının Rusiyanın hərbi təyyarəsinin və bir neçə helikopterinin vurulmasına və 20-ə yaxın hərbçisinin ölümünə şərait yaratdı?
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru