Nə qədər ki, Kremlin başı qarışıqdır ...

27-06-2023, 08:07           
Nə qədər ki, Kremlin başı qarışıqdır ...
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə üçlü görüşmək keçirmək üçün Vaşinqtona səfər ediblər.
Vaşinqtonda nazirlər arasında may ayında müzakirələr 4 günə yaxın çəkmişdi. Bu dəfə də müzakirələrin bir neçə gün çəkəcəyini proqnozlaşdırmaq olar. Ceyhun Bayramov bir neçə gün əvvəl sülh sazişinin ilin sonundan daha tez imzalanması mümkünlüyünü bildirib.
Oxşar optimist açıqlama İrəvandan gəlib. Ermənistan parlamentinin sədri Alen Simonyan brifinqdə deyib ki, Vaşinqton danışıqlarından irəliləyiş gözləmək olar. Simonyan təmasların intensivliyinə diqqət çəkərək hər iki tərəfin təkliflərinin və müzakirələrinin nəticə verdiyini vurğulayıb.
Danışıqlarda irəliləyiş əldə olunacaqsa və tərəflər sülh sazişini imzalamağa yaxınlaşacaqlarsa, bu ya Vaşinqtonda, ya da Brüsseldə baş verməlidir. Nə qədər ki, Kremlin başı qarışıqdır tərəflər gərək ABŞ və Avropa İttifaqının vasitəçiliyindən maksimum yararlansınlar. Bu həm Azərbaycanın, həm də Ermənistanın xeyrinədir.
Elxan Şahinoğlu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.