ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

27-06-2023, 12:58           
ABŞ Dövlət Departamenti:
“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”.

Oxu.Az-ın məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinq zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında danışıqlar iyunun 29-dək davam edəcək.
“Biz danışıqların çərşənbə axşamı başlayacağını və bu həftənin cümə axşamına kimi davam edəcəyini gözləyirik. Dövlət katibi Antoni Blinken həm Azərbaycan, həm də Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək. Həftə ərzində daha ətraflı məlumatımız olacaq. Əvvəlki kimi, sülhün yaxın olduğuna və birbaşa dialoqun qalan məsələlərin həlli, həmçinin davamlı sülhə nail olmağın ən yaxşı yolu olduğuna inanırıq”, - deyə Miller bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru