Gürcüstan Prezidenti Seçki Məcəlləsinə dəyişikliklərə veto qoyub

27-06-2023, 12:59           
Gürcüstan Prezidenti Seçki Məcəlləsinə dəyişikliklərə veto qoyub
Gürcüstan Prezidenti Salome Zurabişvili Seçki Məcəlləsinin MSK sədrinin və üzvlərinin seçilməsi prosedurlarına dəyişikliyi nəzərdə tutan düzəlişi veto edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.

Bildirilib ki, hazırki qaydalara əsasən Prezident MSK sədrinin və üvlərinin seçilməsi ilə bağlı müsabiqəni elan edir, namizəd seçimi komissiyasını yaradır və namizədləri parlamentə təqdim edir.

Lakin dəyişikliklərə əsasən bunu parlamentin spikeri edəcək, deputatlar isə namizədləri dəstəkləyəcək ki, bu da MSK sədri və üzvlərinin müəyyənləşdirilməsində birpartiyalı qərar anlamına gəlir.

Bəyanatda qeyd olunub ki, MSK sədrinin və üzvlərinin parlamentdə 100 səslə deyil, 76 səslə seçilməsi konsensusa əsaslanan seçim prinsipinə ziddir və bu qütbləşməyə səbəb ola bilər.

“Ona görə də veto konsensusun qorunması məqsədə uyğundur”, - bəyanatda bildirilib.

Administrasiyanın məlumatında qeyd olunub ki, Prezident parlamentdəki səsvermənin azı 90 səslə, Ombudsman seçiminə bənzər şəkildə təşkil edilməsini təklif edir. Qeyd olunub ki, bu, seçkilərə və MSK-ya olan etimadın saxlanılması və gücləndirilməsi baxımından vacibdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.