24 iyunda Rusiyanı buna inandırdıq - ABŞ

27-06-2023, 13:18           
24 iyunda Rusiyanı buna inandırdıq - ABŞ
İyunun 24-də ABŞ Rusiya hakimiyyəti ilə müxtəlif səviyyələrdə əlaqə saxlayıb və amerikalı diplomatların təhlükəsizliyini təmin etmək öhdəliyini xatırladıb.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O, təmasların təkcə ABŞ-ın Rusiyadakı səfiri Linn Treysinin iştirakı ilə deyil, həm də Vaşinqtonda digər səviyyələrdə aparıldığını qeyd edib:

"Biz onlara iki mesaj verdik. Əvvəla, səfirliyimizi qorumaq və Moskvada olan diplomatik heyətin təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyi Rusiyadan gözlədiyimizi dedik.

İkincisi, ABŞ hakimiyyəti rus həmkarlarını “Vaqner” qrupunun rəhbəri Priqojinin üsyanı ilə heç bir əlaqəsi olmadığına inandırdı və baş verənləri Rusiyanın daxili işi hesab etdiyini bildirdi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.