Putin vaqnerçiləri bağışladı, pilotların həlak olduğunu etiraf etdi

28-06-2023, 00:07           
Putin vaqnerçiləri bağışladı, pilotların həlak olduğunu etiraf etdi
Rusiya prezidenti Vladimir Putin muzdlulardan ibarət Vaqner qrupunun qiyamı zamanı hərbi pilotların həlak olduğunu etiraf edib. Əvvəllər onların ölümünün rəsmi təsdiqi yox idi.

"Həlak olan pilotların cəsarəti Rusiyanı xilas etdi", Putin müraciəti zamanı deyib. Lakin o, onların ölkəni necə xilas edildiyi barədə heç nə deməyib.

Putinin sözlərinə görə, müzdlulardan onlara məlumat verilmədən istifadə edilib. Eyni zamanda Rusiya prezidenti "yeganə düzgün qərar verən" və "son anda dayanan" muzdlulara təşəkkür edib. O, muzdlulara Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamağı, ailələrinin yanına qayıtmağı və ya Belarusa getməyi təklif edib.

"Kim istəyirsə Belarusa gedə bilər. Verdiyim söz yerinə yetiriləcək. Yenə deyirəm, seçim hər birinizin öz ixtiyarındadır. Lakin əminəm ki, bu, faciəvi səhvini başa düşən rus əsgərlərinin seçimi olacaq" - deyə, Putin bildirib.

Rusiya prezidenti deyib ki, 24 iyun hadisələri başlayan kimi onun birbaşa göstərişi ilə qan tökülməsinin qarşısının alınması istiqamətində addımlar atılıb.

"Səhv edənlərə ağlını başına yığmağa imkan vermək, onların hərəkətlərinin cəmiyyət tərəfindən qətiyyətlə rədd edildiyini anlamaq və onların cəlb edildiyi bu avantüranın Rusiya, dövlətimiz üçün hansı faciəli, dağıdıcı nəticələrə səbəb olduğunu aydınlaşdırmaq üçün vaxt lazım idi", Putin deyib.

Onun fikrincə, qiyamın dayandırılmasında həlledici rolu rusiyalıların vətənpərvərliyi, bütün Rusiya cəmiyyətinin birləşməsi oynayıb.

Putinin çıxışı beş dəqiqədən bir qədər çox davam edib. Bunun üçün Birinci Kanalda yayım dayandırılıb. Müraciəti açıqlayan prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu bəyanatlar "Rusiyanın taleyini müəyyən edəcək".
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.