Rusiya sülhməramlılarla bağlı Azərbaycana müraciət etdi: RƏDD CAVABI ALDI

29-06-2023, 00:10           
Rusiya sülhməramlılarla bağlı Azərbaycana müraciət etdi: RƏDD CAVABI ALDI
Rusiya tərəfi sülhməramlı kontingentin fəaliyyəti üçün zəruri olan malların "Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə daşınması xahişi ilə Azərbaycana müraciət edib.

Teref.az xəbər verir ki, bu barədə Minval.az məlumatlı mənbələrə istinadən yazıb.

Azərbaycan tərəfi cavab olaraq bildirib ki, maddi-texniki təminat yalnız Dağıstandan Bərdəyə, oradan Ağdama, oradan isə Xankəndinə dəmir yolu vasitəsilə mümkündür. Bu, Azərbaycan tərəfinin cavab təklifidir.

Yəni əgər Rusiya tərəfi Azərbaycanda müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentini təchiz etmək istəyirsə, bunu Ermənistandan deyil, yalnız Azərbaycan ərazisindən keçməklə etməlidir.

Rəsmi Bakı oxşar təkliflə Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə də müraciət edib. "Əgər siz Xankəndinə humanitar yüklər çatdırmaq istəyirsinizsə (söhbət xəstəxanaya yerləşdirilməsi zəruri olan xəstələrdən yox, lojistik yüklərdən gedir), buyurun, biz onların Azərbaycan ərazisindən keçirilməsinə hazırıq, lakin bu, "Laçın” sərhəd-buraxılış məntəqəsi vasitəsilə mümkün deyil”, - deyə müraciətdə qeyd edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru