Bayden İsveçin NATO-ya üzv olmasını səbirsizliklə gözləyir – “REUTERS”

6-07-2023, 09:18           
Bayden İsveçin NATO-ya üzv olmasını səbirsizliklə gözləyir – “REUTERS”
ABŞ Prezidenti Co Bayden çərşənbə günü İsveçin Baş naziri Ulf Kristersson ilə danışıqlarda NATO müttəfiqi Türkiyənin müqavimətini dəf etmək səyləri fonunda İsveçin NATO-ya daxil olmasına dəstək nümayiş etdirib.

“AzPolitika.İnfo” “Reuters”-ə istinadla bildirir ki, Bayden bazar günü NATO-nun Litvanın paytaxtı Vilnüsdə keçirilən sammiti ətrafında üç ölkəyə səfərə yola düşəcək.

Türkiyənin NATO liderlərinin sammitdə İsveçi öz sıralarında qarşılamasına imkan vermək üçün zamanla müxalifətini qaldıracağına şübhələr var.

Oval Ofisdə Kristerssonun yanında oturan Bayden jurnalistlərə İsveçin NATO-ya qatılmasına ABŞ-ın bir daha dəstək göstərəcəini vurğulayıb. O, İsveçin NATO-ya üzv olmasını səbirsizliklə gözlədiyini söyləyib.

Kristersson dəvətə görə Baydenə təşəkkür edib və İsveçin Baydenin NATO üzvlüyünə verdiyi dəstəyi “yüksək qiymətləndirdiyini” deyib.

"Biz də düşünürük ki, birgə töhfə verəcəyimiz şeylər var" – deyə İsveçin Baş naziri qeyd edib.

İsveç və Finlandiya keçən il Rusiyanın Ukraynaya müdaxiləsindən sonra uzun müddət davam edən hərbi birləşməmək siyasətindən əl çəkərək NATO-ya üzvlük üçün müraciət etmişdilər. Üzvlük üçün müraciətlər bütün NATO üzvləri tərəfindən təsdiqlənməlidir, lakin Türkiyə və Macarıstan hələ də İsveçin namizədliyini təsdiqləməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.