Ukrayna əks-hücumu sürətləndirmək üçün müttəfiqlərdən daha çox silah istəyib

6-07-2023, 08:46           
Ukrayna əks-hücumu sürətləndirmək üçün müttəfiqlərdən daha çox silah istəyib
Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərdən əks-hücuma keçmək üçün silah tədarükünü sürətləndirməyi xahiş edib.

"Report" xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

"Mən ABŞ-yə, eləcə də Avropa liderlərinə dedim ki, biz əks-hücum əməliyyatımızı daha tez başlamaq istəyirik və bunun üçün bizə bütün silah və materiallar lazımdır. Niyə? Çünki gec başlasaq, daha yavaş gedəcək”, - Zelenski bildirib.

O əlavə edib ki, silahların ləng çatdırılması cəbhədə bəzi çətinliklərə səbəb ola bilər və əks-hücum prosesini ləngidə bilər.

“Mən istəyirdim ki, bizim əks-hücum daha tez baş versin, çünki hamı anlayırdı ki, əks-hücum gec başlasa, ərazimizin böyük hissəsi minalanacaq", - Ukrayna lideri vurğulayıb.

Qeyd edək ki, Ukrayna hərbçiləri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində aktiv hücum əməliyyatları aparır. Son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri şərqdə və cənubda daha 9 kvadratmetr ərazini azad edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru