İsveçdə Quranın yandırılması ilə növbəti aksiyası baş tuta bilər

6-07-2023, 12:38           
İsveçdə Quranın yandırılması ilə növbəti aksiyası baş tuta bilər
İsveç polisinə Stokholm və Helsinqborqda dini kitabların yandırılması ilə bağlı aksiyalar keçirmək üçün üç müraciət daxil olub.

Məlumata görə, onlardan biri təşkilatçıların “mümkün qədər tez” keçirmək istədiyi Stokholm məscidi qarşısında Quranın yandırılmasıdır.

Müraciət edən əlli yaşlı qadın bildirib ki, ötən həftə paytaxt məscidi yaxınlığında keçirilən analoji tədbirdən sonra müstəqil şəkildə yeni aksiya təşkil etmək qərarına gəlib. Onun fikrincə, müsəlmanların müqəddəs kitabının yandırılması ilə bağlı İsveçə qarşı dünyada yaranan etirazlar ədalətsizdir.

Digər müraciətdə isə iyulun 15-də İsrail səfirliyi qarşısında Tövrat və İncilin yandırılmasından bəhs olunur. 30 yaşlı vətəndaş olan ərizəçi bu aksiyanı ötən həftə Quranın yandırılmasına cavab olaraq və “söz azadlığı adı altında simvolik aksiya” kimi keçirmək istəyir.
Üçüncü müraciət iyulun 12-də Helsinqborqun mərkəzində dini mətnlərin yandırılmasına icazə verilməsidir. Onu da fərdi şəxs təqdim edib. Müracitədə tam olaraq nəyin yandırılmasının planlaşdırıldığı hələlik bəlli deyil.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.