Ermənistan iki ölkə ilə anlaşdı - Üçtərəfli hərbi sənəd imzalandı

6-07-2023, 13:16           
Ermənistan iki ölkə ilə anlaşdı - Üçtərəfli hərbi sənəd imzalandı
Ötən gün Cənubi Kiprdə Ermənistan-Yunanıstan-Cənubi Kipr üçtərəfli müdafiə məsləhətləşmələri keçirilib.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Ermənistan tərəfdən məsləhətləşmələrdə Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Məsləhətləşmələr zamanı bir sıra təhlükəsizlik məsələləri və üç ölkənin maraqları çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər üç ölkənin müdafiə qabiliyyətinin və hərbi təhlükəsizliyinin gücləndirilməsi üçün birgə addımlar atmağa hazır olduqlarını təsdiqləyiblər. Müzakirələr nəticəsində Ermənistan, Yunanıstan və Cənubi Kiprdə bir sıra tədbirləri özündə əks etdirən üçtərəfli hərbi əməkdaşlığın illik proqramı imzalanıb.

Məsləhətləşmələrin sonunda Cənubi Kipr Milli Qvardiyasının komandanı general-leytenant Dimokritos Zervakis nümayəndə heyətlərini qəbul edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.