Komitə sədri: "Vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır"

6-07-2023, 15:10           
Komitə sədri: "Vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır"
"Vətəndaşın xaricdən gətirdiyi 3-5 qutu dərman satış məqsədi daşımır".

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satılması faktı çox cüzi saydadır: "Bu da dərmanların keyfiyyətinə və qiymətinə təsir edən amil deyil. Əgər keyfiyyətsiz dərman gəlirsə, bunun hansı yolla gətirilməsini araşdırmaq lazımdır. Hansısa vətəndaşın xarici ölkədən 3-5 qutu dərman gətirməsi satış məqsədi daşımır, sadəcə, şəxsi istifadə üçündür".

Qeyd edək ki, səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin növbədənkənar sessiyasının iyulun 6-da keçirilən iclasında "Dərman vasitələri haqqında" qanuna təklif edilən dəyişikliklərin II oxunuşda müzakirəsi zamanı şəxsi məqsədlər üçün gətirilən dərman vasitəsinin sonradan satıldığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru