Lukaşenko Priqojindən imtina etdi...

6-07-2023, 15:59           
Lukaşenko Priqojindən imtina etdi...
Belarus prezidenti Aleksandr Lukaşenko təşkil etdiyi media günü çərçivəsində mətbuat nümayəndələri ilə görüşüb.
Rusiya mətbuatı xəbər verir ki, jurnalistlərin “Vaqner”in lideri Yevgeni Priqojinin harada olduğu sualına Lukaşenko belə cavab verib:

“Bildiyim qədər, Sankt-Peterburq. Peterburqda. O, Belarus ərazisində deyil”.


Belarus lideri Lukaşenko Vaqnerin Rusiyaya məxsus olduğunu və rəhbərin harada olması sualının ona verilməməsi lazım olduğunu bildirib:
“Bu, Rusiyaya məxsus hərbi muzdlu təşkilatdır. Yəni bu sual mənim üçün deyi. Bildiyimə görə, “Vaqner” əsgərləri öz düşərgələrindədirlər”.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Vaqner” yarımhərbi dəstəsinin lideri Yevgeni Priqojinin ölüm əmrini imzalayıb.
İddialara görə, Putin Belarusa sığındığı deyilən, lakin sərhəddəki hərbi əməliyyatlardan sonra yoxa çıxan və hazırda harada olduğu bilinməyən Priqojini öldürmək üçün Rusiyanın kəşfiyyat qurumu FSB-yə göstəriş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.