Fransa öz vasitəçiliyini gözdən salıb – Zaxarova

6-07-2023, 18:44           
Fransa öz vasitəçiliyini gözdən salıb – Zaxarova
Paris Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında vasitəçi rolunu gözdən salıb.

Jamaz.info “Sputnik”ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Moskvada uzun müddətdir ki, Fransanın Qarabağ nizamlanmasına müsbət töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur.

“Ermənistana şübhəli avropalı müşahidəçilər missiyasının göndərilməsi ilə ATƏT-in Minsk Qrupunun dağılmasında Parisin də rolu olub. Bu nümayişkaranə addımlar tərəflərə kömək etmək deyil, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq və öz məqsədlərinə çatmaq məqsədi daşıyır”, – XİN rəsmisi bildirib.

O, Makronun Qarabağ məsələsi ilə bağlı mövqeyi ilə bağlı açıqlamalarını “pafos” adlandırıb və qeyd edib ki, Parisdə konkret nəticə yoxdur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.