Rusiya MN Ukraynada xaricdə istehsal olunan zirehli texnikanın saxlandığı yerləri vurduğunu AÇIQLADI

7-07-2023, 09:34           
Rusiya MN Ukraynada xaricdə istehsal olunan zirehli texnikanın saxlandığı yerləri vurduğunu AÇIQLADI
Rusiya Müdafiə Nazirliyi Ukraynada xaricdə istehsal olunan zirehli texnikanın saxlandığı yerlərin yüksək dəqiqlikli silahlarla vurulduğunu açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.

“Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin əsgərləri və xarici muzdluların müvəqqəti yerləşdirildiyi mərkəzlərə, xaricdə istehsal olunan zirehli texnikanın saxlandığı yerlər uzaqmənzilli yüksək dəqiqlikli silahlarla dənizdən intensiv hücumlar həyata keçirib”.

Konaşenkov hücumda müəyyən edilən bütün hədəflərin vurulduğunu iddia edib.

Ukraynanın strateji qüvvələrinin itirildiyini bildiriən Konaşenkov, “İndiyə qədər Ukrayna ordusuna məxsus 451 təyyarə, 241 helikopter, 4 min 908 pilotsuz uçuş aparatı, 426 hava hücumundan müdafiə raket sistemi, 10 min 547 tank və zirehli texnika, 1135 reaktiv yaylım atəşi sistemi, 5 min 356 haubitsa və minaatan mərmisi, 11468 şəxsi hərbi texnika məhv edilib”, – deyə əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.